"Seçici fəallığı haqqında proqnoz vermək çətindir"

"Seçici fəallığı haqqında proqnoz vermək çətindir"

"Martın 29-da Özbəkistan Respublikasında prezident seçkiləri keçiriləcək". SİA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli öz "facebook" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan nümayəndə heyəti Daşkəndə yola düşüb: "Seçkilərin favoriti indiki prezident İslam Kərimov hesab olunur. Onun 3 rəqibi var. Seçicilərin fəallığı haqqında isə öncədən proqnoz vermək çətindir. Seçkilərin obyektivlik və şəffaflıq əmsalı ilə bağlı müvafiq qiymətləndirmələr aparacağıq. Elə bu məqsədlə də bu gün bizim nümayəndə heyəti Daşkəndə yola düşür. Təkcə paytaxtda deyil, Səmərqənd və Buxara şəhərlərində də müşahidələr aparacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə