Sarkozi öndədir

Fransanın qanunverici departament məclisinə olan seçkilərdə səsvermə bülletenlərinin 70%-i eks-prezident Nikolya Sarkozinin xeyrinə hesablanıb. SİA xəbər verir ki, bu barədə BBC-nin Rusiya bürosu məlumat yayıb. Məlumata görə, onun partiyası seçkilərin I turunda hələ ki, 36,5% səs toplayıb. Marin Li Penin "Milli cəbhə"si 25,95% səslə II yerə sahibdir. Hakim sosialistlər isə 20%-ə yaxın səs əldə edərək, III yerdədirlər.

Millətçilərin lideri, "Milli cəbhə" partiyasının rəhbəri Li Pen artıq bəyan edib ki, baş nazir Vals mütləq şəkildə istefaya getməlidir. Belə ki, onun partiyası kifayət qədər aşağı nəticə əldə edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə