Bu gün Bakıda "NATO-nun UELS Sammitindən sonra Şimali Atlantika İttifaqı və Tərəfdaş Ölkələr Arasında Əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransın təşkilatçısı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu və Rumıniyanın Azərbaycandakı səfirliyidir. Tədbiri giriş nitqi ilə AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Mili məclisin deputatı Aytən Mustafayeva və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfir Daniel Christian Çiobanu açaraq Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından, Azərbaycan – NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldan bəhs edib. Tədbirin I bölməsində Azərbaycan və NATO-nun bugünkü əməkdaşlığından və Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlığın gələcək prespektivlərindən bəhs edilib. NATO-nun baş ofisi, siyasi məsələlər və təhlükəsizlik şöbəsinin müdiri Steffen Elgersma Müasir dünyada Azərbaycan – NATO əlaqələri, NATO-nun baş ofisi, İctimai diplomatiya şöbəsinə məsul şəxsi Despina Afentouli isə Uels sammitindən sonra NATO və kommunikasiya problemlərinə toxunub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Sülh naminə tərəfdaşlıq şöbəsinin rəhbəri Esmira Cəfərova Azərbaycan – NATO tərəfdaşlıq perspektivləəri, Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq İdarəsinin rəisi, general – mayor Hüseyn Mahmudov Uels Sammitindən sonrakı dövrdə Azərbaycanla – NATO arasında hərbi əməkdaşlıq məsələlərindən bəhs edib. DİN Polis Akademiyasının polkovnik – leytenantı Vasif Nəcəfov isə Uels Sammitinin Əfqanıstan üzrə bəyannaməsinin həyata keçirilməsi xüsusiyyətləri mövzusunda çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB