Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və "Əlvan İstanbul" şirkətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 3 saylı respublika xüsusi internat məktəbində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən məktəbin direktoru Bahar Kərimova, YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov, "Əlvan İstanbul" şirkətinin nümayəndəsi Zamin Mikayılov Ümummilli Lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.
Bildirilib ki, Novruz xalqımızın tarixi kökü ilə bağlı olduğundan, milli adət-ənənələrlə zəngin bayramdır. Ulu babalarımızdan bizlərə yadigar qalan, xalqımızın bu günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü Novruz bayramı özündə milli birliyi və bərabərliyi əks etdirir.
Natiqlər bayram münasibətilə uşaqları və valideynlərini təbrik edib, onlara yeni nailiyyətlər arzulayıblar.
Valideynlər də öz növbəslərində ailələrinə və uşaqlarına göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra uşaqlara hədiyyələr təqdim olunub.

İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB