Sevinc Fətəliyeva: “Belə fikirləri ciddi qəbul etməməliyik”

Sevinc Fətəliyeva: “Belə fikirləri ciddi qəbul etməməliyik”

"Biz Azərbaycanda insan haqlarının vəziyyətini çox yaxşı bilirik. Ona görə də hər hansı bir xarici təşkilatın mövqeyi düşünmürəm ki, Azərbaycanda gündəmdə olmalıdır". Bunu SİA-ya millət vəkili Sevinc Fətəliyeva deyib.

S. Fətəliyeva bildirib ki, belə beynəlxalq təşkilatlar hansısa sifarişləri həyata keçirirlər: "Biz bunu çoxdan anlayırıq. Amma nədənsə, onların mövqeyi gündəmimizdən düşmür, müzakirə olunur və biz çalışırıq ki, belə beynəlxalq təşkilatların mövqeyi naminə nəyisə edək. Düşünürəm ki, bu düzgün deyil. Çünki, bizim siyasi kursumuz çox düzgün müəyyən edilib və Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı çoxlu işlər görülüb. Biz qoşulduğumuz bütün konvensiyaların tələblərinə əməl edirik. Məsələn, əgər insan haqlarının pozulması məsələsi Ermənistanın, Gürcüstanın gündəmində deyilsə, nədən Azərbaycanın gündəmində olmalıdır? Ona görə də belə qərəzli hesabatlar bizim gündəmimizdə olmamalıdır. Düşünürəm ki, belə fikirləri ciddi qəbul etməməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə