Əli Orucov: “İdmanı siyasətdən ayırmaq lazımdır”

Əli Orucov: “İdmanı siyasətdən ayırmaq lazımdır”

"I Avropa Olimpiya Oyunlarının keçirilməsində heç bir qəbahət görmürəm. Bu məsələ ətrafında müəyyən siyasi oyunların getməsi də heç də düzgün deyil". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə, bu idman tədbirinin keçirilməsində ciddi əngəllər mövcud deyil: "Hər hansısa bir idman tədbirinin siyasiləşdirilməsinin əleyhinəyəm. İdmanı siyasətdən tamamilə ayırmaq lazımdır. Son nəticədə bu açıqlamaların Avropa Oyunlarının keçirilməsinə heç bir mənfi təsiri olmayacaq. Tam əminəm ki, bu idman tədbiri çox uğurla baş tutacaqdır"."I Avropa Olimpiya Oyunlarının keçirilməsində heç bir qəbahət görmürəm. Bu məsələ ətrafında müəyyən siyasi oyunların getməsi də heç də düzgün deyil". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, bu idman tədbirinin keçirilməsində ciddi əngəllər mövcud deyil: "Hər hansısa bir idman tədbirinin siyasiləşdirilməsinin əleyhinəyəm. İdmanı siyasətdən tamamilə ayırmaq lazımdır. Son nəticədə bu açıqlamaların Avropa Oyunlarının keçirilməsinə heç bir mənfi təsiri olmayacaq. Tam əminəm ki, bu idman tədbiri çox uğurla baş tutacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə