Bu gün "İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 12-15 mart tarixlərində "Gənc Əkinçi" layihəsinə start verir. SİA-nın məlumatına görə, "Gənc Əkinçi"nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.
Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edir. Layihəyə cəlb ediləcək gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçiriləcək. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.
Qeyd edək ki, təlimlərdən sonra yaradılacaq qrupla mütamadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin Kütləvi İnformasiya Vasitələrində təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Bu il İsmayıllı şəhərinin "Gənclər paytaxtı" elan edilməsini nəzərə alaraq təlimlər məhz bu rayonda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB