"Bəzi müxalifət partiyalarının xaricə mühacirətə gedən nümayəndələrinin Azərbaycan əleyhinə fəaliyyəti birbaşa Ermənistanın dəyirmanın su tökmək kimi dəyərləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, bu gün üçün ölkəmizdən kənarda Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərmək birbaşa düşmənlərimizə dəstək olmaq deməkdir: "Hesab edirəm ki, bu cür addımlar ilk növbədə Azərbaycan xalqı tərəfindən qınanmalıdır. Həmin şəxslərin məzəmmət edilməsi təkcə hakimiyyətin görəcəyi bir iş deyil. Mənim fikrimcə burada əsas yük məhz xalqın üzərinə düşür. Dövlətin mövqeyində dayanan hər bir Azərbaycanlı bu cür "fəaliyyət" göstərən şəxslərə qarşı daim mübarizə aparmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB