Sahib Alıyev: “Orada bir nömrəli şəxs yoxdur” AÇIQLAMA

Sahib Alıyev: “Orada bir nömrəli şəxs yoxdur” AÇIQLAMA

"Ötən həftə İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın prezidenti Barak Obamaya heç nə demədən gedib Konqresdə çıxış edərək onu "maymaq" vəziyyətində qoymuşdu". SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev öz "facebook" hesabında paylaşıb.

Deputatın sözlərinə görə, indi də 47 senator buna bənzər bir addım atıblar: "Onlar İrana Obama ilə nüvə anlaşması bağlamamaq haqda xəbərdarlıq göndəriblər. Senatorlar bildiriblər ki, əgər bağlanılsa, 2017-ci ildə Obamanın prezidentliyi bitən kimi anlaşma da aradan qaldırılacaq. Deməyin bu necə olur? Bu bir Amerika reallığıdır. Reallıqsa belədir ki, orada bir nömrəli şəxs yoxdur. Bir nömrəli lobbi var...".

Bütün xəbərlər Facebook səhifəmizdə