Yevda Abramov: “Dövlətimiz bu sahədə böyük səy göstərir” MÜNASİBƏT

Yevda Abramov: “Dövlətimiz bu sahədə böyük səy göstərir” MÜNASİBƏT

"Azərbaycan dünyanın ən tolerant dövlətlərindən biridir və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələr arasında bu siyahıya başçılıq edir. Ölkəmizdə dini tolerantlıq sahəsində xeyli işlər görülüb ki, bu da dini durumun sabitliyini qoruyub saxlamağa əsas zəmin yaradır". Bu fikirləri SİA-ya Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Yevda Abramov "Dini etiqad azadlığı haqqında" qanunda ediləcək dəyişikliklərdən bəhs edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, əhalisinin əksəriyyətinin İslam dininə etiqad edildiyi Azərbaycanda bir sıra dini və etnik qruplar, o cümlədən xristianlar, yəhudilər və digərləri yaşayır və eyni zamanda milli azlıqlara münasibətdə hörmət, dözümlülük qədim dövrdən müasir dövrədək ölkənin inkişafında mühüm rol oynayır: "Dövlətimiz ölkədə multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması, genişləndirilməsi üçün böyük səy göstərir".

Millət vəkili Yevda Abramov vurğulayıb ki, "Dini etiqad azadlığı haqqında" qanunda ediləcək dəyişikliklərin əsas məqsədi dinlər arası sabitliyi, dostluğu qoruyub saxlamaqla onlar arasındakı bərabərliyi tam şəkildə bərqarar etməkdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə