Üzeyir Cəfərov: “Söhbət hərbi uçot dərəcəsi olan şəxslərdən gedir” AÇIQLAMA

Üzeyir Cəfərov: “Söhbət hərbi uçot dərəcəsi olan şəxslərdən gedir” AÇIQLAMA

"Azərbaycan Nazirlər Kabinetinin qərarında da aydın şəkildə göstərilib ki, 19 yaşdan 40 yaşadək hərbi uçot dərəcəsinə uyğun gələn xanımlar hərbi xidmətə qəbul olunacaqlar". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan qadınlarının orduya çağırılmasına münasibət bildirərkən deyib.

Müstəqil hərbi ekspertin sözlərinə görə, bu o deməkdir ki, hər hansı bir xanım Ali və yaxud orta ixtisas təhsili alarkən o təhsilin profili elə hərbi xidmətdə də var: "Bu rabitəçi, tibb bacısı və yaxud da hümanitar sahəni əhatə edən sahələr ola bilər və s. Ümumiyyətlə həmin prosesdə yalnız bu şəxslər qəbul olunacaq. Bu o anlama gəlməməlidir ki, hansı xanımın 19 yaşı varsa, o da hərbi xidmətə qəbul edilə bilər. Burada söhbət yalnız və yalnız hərbi uçot dərəcəsi olan şəxslərdən gedir".

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası"nı təsdiq edib.Bu Qayda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Azərbaycanda ilk dəfə olaraq Milli Orduda qadınlar həqiqi hərbi xidmət keçəcəklər. Ali təhsilli, 19-40 yaşında olan qadın vətəndaşlar Milli Orduda öz istəklərinə uyğun olaraq 3 və ya 5 illik müddətə müqavilə ilə döyüş bölgələrində və arxa cəbhədə yerləşən hərbi hissələrdə həqiqi hərbi xidmətdə ola biləcəklər. Döyüş bölgəsində olacaq qadınlar 2 qat əmək haqqı almaq imkanı qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə