Elçin Mirzəbəyli: “Rusiyada vətəndaş müharibəsi ola bilər” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Rusiyada vətəndaş müharibəsi ola bilər” AÇIQLAMA

"Baxmayaraq ki, Ukrayna hadisələrindən sonra Rusiya iqtisadiyyatına ciddi zərbə dəyib amma Rusiya ictimaiyyətində Vladimir Putinin mövqeləri kifayət qədər möhkəmlənib". Bu fikirləri SİA-ya politoloq Elçin Mirzəbəyli Rusiyada hakimiyyət dəyişikliyinin baş verməsi barədə səsləndirilən iddialara münasibətini bildirərkən deyib.

Politoloq qeyd edib ki, indiki şəraitdə xususilə də hərbi sənaye kompleksinin bu prosesdə iştirak etdiyi halda V.Putinin ən yaxın ətrafının məhz təhlükəsizlik strukturlarından ibarət olduğu məqamda məsələnin güc yolu ilə həll ediləcəyi inandırıcı görünmür"Bütövlükdə bu bəyantları yalnış və doğru hesablanmayan bəyanatlar hesab edirəm. İstənilən halda hər hansı bir ölkənin daxili siyasi proseslərində güc yolu ilə tənzimlənmə ağır fəsadlara gətirib çıxara bilər. Rusiyada hər hansı bir qarşıdurma baş verərsə bu, şübhəsiz çox geniş vətəndaş müharibəsi ilə nəticələnə bilər. Tarixə nəzər salsaq , Rusiyada kataklizmlərin tez-tez olduğunu, hərbi yolla siyasi dəyişikliklərə cəhdin qarşıdurmalara, vətəndaş müharibəsinə gəlib çıxdığının şahidi oluruq. Bu baxımdan da, hazırda əgər belə bir addım atılacaqsa, miqyası geniş vüsət alacaqsa, bütövlükdə söhbət rus xalqınlının taleyindən gedəcək".

Elçin Mirzəbəyli həmçinin Ukrayna məsələrindən Rusiyanın nə qədər sığortalandığına da fikir bildirib. O qeyd edib ki, bütövlükdə seperatizm çox təhlükəli bir silahdır: "Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, əgər zamanında Dağlıq Qarabağda baş verən seperatizm hərəkatı yatırılsaydı, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətinə qarşı birmənalı mövqe nümayiş etdirsəydi bu gün Ukraynada bu hadisələr baş verməyəcəkdi. Yəni, bu bütövlükdə dünya ictimaiyyətinə yönləndirilmiş kifayət qədər dəqiq bir mesaj idi. Bu baxımdan da hesab edirəm ki, nə zamana qədər böyük güclər öz maraqları naminə işğalçıları dəstəkləyəcək, stimul verəcəklər o zamana qədər ədalətdən danışmaq mümkün deyil. Bu baxımdan da düşünürəm ki, Rusiya bundan sığortalanmayacaq"

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə