Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə "İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, İşçi Qrupun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı, din xadimləri və KİV nümayəndələri iştirak edib.
DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd işğal altında olan ərazilərimizin ümumi qiymətləndirilməsi və bunu dünya ictimaiyyətinə çatdırmaqdır: "Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Ermənistan dövləti hansı oyundan çıxsa da fakt faktlığında qalır ki, Azərbaycan əraziləri işğal olunub. Beynəlxalq aləmdə BMT səviyyəsində qəbul olunmuş sənədlər var. Həmin sənədə əsasən işğalçı ölkə vurduğu ziyana görə onu ödəməlidir. Bizim iqtisadi yolla apardığımız nəticələr uğurlu olub. Belə ki, Ermənistanın iqtisadi vəziyyəti çox acınacaqlı vəziyyətə düşüb. Azərbaycan əsgərinin mənəvi-psixoloji durumu Ermənistan əsgərindən qat-qat üstündür".
M.Qurbanlı bildirib ki, Ermənistanın dini və tarixi abidəldərimizə vurduğu ziyan təxminən 1000-nə yaxınlaşmaqdadır: "Ən böyük istəyim odur ki, bu kimi məsələləri diqqətdən kənarda qoymasınlar".
Millət vəkili Xanhüseyn Kazımlı isə diqqətə çatdırıb ki, biz Ermənistana qarşı mübarizəmizi davam etdirməliyik: "1994-cü ildən bu günədək beynəlxalq aləmdə Azərbaycan tərəfindən işğal olunan ərazilərdəki dağıntılar və tələfat barədə məlumat verilir.Bbu gün əldə olunan iqtisadi uğurları torpaqlarımızın 80 faizi ilə əldə etmişik. Çünki bu gün 20 faiz münbit torpaqlarımız işğal altındadır. İşğal altında daşınan və daşınmayan milli tarixi mədəni abidələr var. Ümumilikdə 901 rəsmi qeydiyyatdan keçən tarixi mədəni abidələər olub. Onlardan 609-u yerli, 285-i respublika, digəri isə beynəlxalq əhəmiyyətli abidələrdir. Bu abidlərə dəymiş ziyanlar beynəlxalq və yerli ekspertlər tərəfindən qiymətləndirilməsi üçün İşçi Qrupu yaradılıb. Ölkə rəhbərliyi tərəfindən bu abidlərlə bağlı qiymətləndirilməsi və hüquqi qaydada təzminat tələb edilməsi qarşıya məqsəd qoyulub. Eyni zamanda rəsmi qeydiyyata alınmayan 1500 adda müxtlif təyinatlı abidələr barədə də işlərimiz davam etdimişik".
Daha sonra Tarix və Mədəniyyət abidələri üzrə İctimai Birliyin sədri, İşçi Qrupun üzvü Faiq İsmayılov, MAK Consaldinq-Bakı LTD-nin baş direktoru, İş Qrupun üzvü Zamin Hüseynov, Sosial-iqtisadi və Ekoloji İnkişaf Birliyinin sədri Rahilə Mehdiyeva və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbirə diskussiya şəklində yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB