Qabil Hüseynli: “Minsk qrupu bu məsələdə öz gücünü göstərməlidir”

Qabil Hüseynli: “Minsk qrupu bu məsələdə öz gücünü göstərməlidir”

"Qondarma Dağlıq Qarabağ rejiminin keçirəcəyi "parlament seçkiləri"nin heç bir əsası yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, keçiriləcək seçkilər heç bir ölkə tərəfindən tanınmayacaq: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırda danışıqlar prosesi davam etdirilir. Danışıqlar prosesinda normal mühitin yaradılmasına cəhd göstərilir. Bu seçkilərin keçirilməsi ilə onlar normal mühiti nəinki korlayar, həm də danışıqlar prosesində çox ciddi əngəllər yaradarlar. Zənnimcə ATƏT-in Minsk qrupu öz gücünü məhz burada göstərməlidir. Bu məsələdə məhz Minsk qrupunun üzərinə çox böyük səlahiyyətlər düşür. Qondarma rejimin bu seçkiləri keçirməməsi üçün ən azı BMT və ATƏT səviyyəsində qərar verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə