Ekspert: “Hər bir dövlətin öz regionunda və dünya üzərində məsuliyyəti var” AÇIQLAMA

"Ümumiyyətlə III Dünya Müharibəsinin başlanması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Rusiya-ABŞ arasında yaranan siyasi gərginliyin bəşəriyyətə təsir imkanlarından danışarkən deyib.

Ekspertin sözlərinə görə, adətən iki super güclər arasında toqquşan maraqlar olur: "Çünki hər bir dövlətin öz regionunda və ya dünya üzərində çox məsuliyyəti var. Bu, müəyyən məsələlərdə, beynəlxalq münasibətlər çərçivəsində ola bilər və s. Bu mənada həmin məsuliyyətin çoxluğunu, ağırlığını nəzərə alaraq, iki dövlətin bir-birinə maraqları, toqquşduğu yerlər sonda kommunikasiyada müəyyən problemlərə yol açır. Təbii ki, kommunikasiya problemindən irəli gələrək də bütün bu hallar ziddiyət doğurur. Bu isə müəyyən zaman alır. Çünki kommunikasiya digər tərəfə və yaxud əks tərəfə düzgün çatdırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...