Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş "Xocalı uşaqların gözü ilə" mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da şəhər 1,2,9 saylı tam orta, Sabir qəsəbə tam orta məktəblərinin və Avropa Liseyinin yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər. Çıxışlarda Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığı konkret tarixi faktlarla diqqətə çatdırılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc, əlyalın insanlara qarşı törədilən qətliamın bu siyasətin davamı olduğu bildirilib.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyindən qürur duyduqlarını söyləyərək erməni millətçilərinin gec-tez öz layiqli cəzalarına çatacaqlarına əmin olduqlarını vurğulayıblar.
Sonra iştirakçılar "Xocalı harayı" fotosərgisi ilə tanış olub, "Xocalı qətiliamı" filminə baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB