Rəsmi Kiyev Rusiyanın dövlət orqanlarına məxsus kütləvi informasiya vasitələrinin Ukraynada akreditə olunmasına qadağa qoyub. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, həmin KİV-lərin sayı 100-ə yaxındır. Belə ki, ölkənin hüquq mühafizə orqanlarına yaxın mənbə də sözügedən xəbəri "ria.novosti" təsdiq edib.
"Siuyahıya o nəşrlər daxil olub ki, onlar ardıcıl olaraq, "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" barədə yazıları ictimailəşdirirlər"-deyə mənbə bildirib.
Qeyd edək ki, daha öncə-fevralın 17-də Ukraynanın prezidenti Pyotr Poroşenko bu kimi Rusiya KİV-lərinin qara siyahıya alınması üçün qərara verib. Həmin qərara görə, qara siyahıya düşən rusiyalı jurnalistlər bundan sonra Ukraynada fəaliyyət göstərə bilməyəcəklər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB