Bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının l Təsis Konfransı keçirilir. SİA-nın məlumatına görə, konfransa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə start verilib.
Tədbirdə ilk olaraq ADR Hərəkatının təşkilatlanmasına dair fotosüjet nümayiş etdirilib. Sonra Sədarətin, katibliyin, Redaksiya heyətini və Mandat komissiyasının say tərkibinin müəyyən edilməsi və seçilməsi, qonaqların təqdimatı olub.
Bundan sonra Təsis konfransına qədər görülmüş işlərə dair Təşkilat Komitəsinin (TK) adından TK-nın sədr müavini Vurğun Eyyub məlumat verib. Eləcə də təşkilati məsələlərlə bağlı Hərəkatın sədrinin, Nəzarət Təftiş Komisssiyasına, İdarə heyətinə və Ali Məclisə üzvlərin seçilməsi baş tutub.
Sonda isə ADR Hərəkatının yaranma zərurəti, məqsədləri, 2015-ci ildə fəaliyyət istiqamətləri və strategiyssı ilə bağlı sədrin məruzəsi olacaq və yekun müzakirələr, qiymətləndirmələr baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB