ABŞ-ın prezidenti Barak Obama bəyan edib ki, o, Almaniyanın kansleri Angela Merkellə Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi barədə qəbul edilən qərarın uzadılmasını razılaşdırıb. SİA xəbər verir ki, bu barədə "reuters" yazır.
"Biz işimizi apardığımız zaman, diplomatik qərarlarımız barədə müəyyən fikirlərimizi bildirərkən, aşkar şəkildə nümayiş etdiririk ki, əgər Rusiya bu kursunu davam etdirərsə, əgər Rusiya öz iqtisadiyyatını çökdürməkdə israrlıdırsa və öz vətəndaşlarına, eləcə də ukraynalılara ziyan vurmaqda davam edəcəksə, onda bu ölkə siyasi-iqtisadi təcriddə qalmağa davam edəcək" -deyə, Obama bildirib.
Lakin bu arada Merkel də öz növbəsində bildirib ki, Ukrayna məsələsinin hərbi yolla həll edilməsini görmür.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB