Alpay Əhmədov: “Onların hakimiyyətə təsir mexanizmləri var” AÇIQLAMA

Alpay Əhmədov: “Onların hakimiyyətə təsir mexanizmləri var” AÇIQLAMA

"Hesab edirəm ki, İslam Konfransı Təşkilatına (İKT) daxil olan ayrı-ayrı dövlətlər Ermənistanı işğalçı dövlət kimi tanısa da, amma onların içərisində Pakistan, Səudiyya Ərəbistanı, Qətər heç işğalçı dövlətlə diplomatik əlaqələr belə qurmayıb". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov İslam Konfransı Təşkilatına (İKT) daxil olan ayrı-ayrı dövlətlərin Ermənistanı işğalçı dövlət kimi tanısalar da, onunla diplomatik əlaqələri kəsməməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, sözügedən dövlətlərin əvvəlcədən Ermənistanla əlaqələri olmayıb: "Misir, Livan, İran dövlətlərinə gəldikdə isə hesab edirəm ki, burada iki faktor var. Bu dövlətlərin ermənilərlə diplomatik əlaqələri kəsməməsi isə həmin ölkələrdə yaşayan ermənilərlə bağlıdır. Çünki onların hakimiyyətə təsir mexanizmləri var. İkinci əsas məsələ isə Rusiya faktorudur. Məsələn, Küveyt neçə illər idi ki, heç bir dövlətlə diplomatik münasibətlər qurmurdu. Amma son vaxtlar bu dövlətin Ermənistanla münasibətlərində müəyyən yaxınlaşmalar baş verdi".

Bütün xəbərlər Facebook səhifəmizdə