Erməni deputat: “Ermənistan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmir” İSTEFA ÇAĞIRIŞI

Erməni deputat: “Ermənistan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmir” İSTEFA ÇAĞIRIŞI

"Əgər yaxın günlərdə "Çiçəklənən Ermənistan" partiyasının fəalı Artak Xaçatryanı qaçıraraq, vəhşicəsinə döyənlər üzə çıxarılmasa, partiya iqtidardan çoxsaylı istefa qərarları tələb edəcək". SİA "armtodey"ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasının təmsilçisi Naira Zoqrabyan "Hamımız Artakıq" şüarı ilə keçirilən etiraz aksiyasında bəyan edib.

Onun bildirdiyinə görə, hökumət bu tələbi yerinə yetirməsə, demək hakimiyyət öz vətəndaşlarını qorumaq iqtidarında deyil. Erməni deputat vurğulayıb ki, Xaçatryanın oğurlanaraq, vəhşicəsinə döyülməsi faktı, məhz sifariş əsasında baş verib. Belə ki, buna səbəb onun ictimai-siyasi fəaliyyəti olub: "Bütün ərazi boyu videokameralar quraşdırılıb. Bu baxımdan, belə bir biabırçı cinayət çox yaxın günlərdə açılmasa, biz öz tələbimizin həyata keçirilməsinə nail olanadək, mübarizə aparacağıq".

Etiraz aksiyasının sonunda aksiyaçılar baş verən hadisənin bir neçə gün ərzində araşdırılaraq, cinayətkarların ifşa olunması barədə tələbnamələrini polisə təhvil verdikdən sonra dağılışıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə