"Müsavat partiyası ilə AXCP arasında çox ciddi konfliktlər mövcuddur və bu konfliktlər sonuncu prezident seçkilərindən sonra daha da alovlanıb". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, Milli Şurada bu partiyaların çox ciddi problemləri oldu və nəticədə Müsavat da Milli Şuranı tərk etdi: "Ümumiyyətlə bu partiyalar həm öz daxillərində böhran yaşayırlar, həm də öz aralarında çox ciddi fikir ayrılıqları var. Öz aralarında hər zaman çox ciddi rəqabət aparan Müsavat və AXCP-nin bu rəqabəti bir çox hallarda hətta etik müstəvidən də kənara çıxıb. Daha əvvəllər də bu partiyalar bir blokda təmsil olunublar. Ancaq elə həmin zamanlarda da münaqişələr səngiməmişdi. Mənim fikrimcə məhz bu konfliktlər səbəbindən partiyalar vahid bir blokda birləşə bilmirlər. Düşünürəm ki, əgər qərbdən xüsusi mesajlar gəlsə, o zaman onların bir blokda birləşmək ehtimal ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB