İlham Quliyev: “Natiq Məmmədli fəaliyyətini qəzetdə davam etdirəcək”
“Kaspi”dən rəsmi AÇIQLAMA

Natiq Məmmədlinin "Kaspi" qəzetinin baş redaktor vəzifəsindən uzaqlaşdırılması barədə adıçəkilən media qurumundan açıqlama verildi. Qəzetə yeni təyin edilmiş baş redaktor İlham Quliyevin SİA-ya verdiyi məlumata görə, onun baş redaktor təyin olunması qəzetin daxilindəki struktur dəyişikliyindən irəli gəlib: "Sadəcə qəzetdə vəzifə dəyişikliyi olub".

Qəzetin keçmiş baş redaktoru Natiq Məmmədlinin bundan sonrakı fəaliyyəti barədə münasibət bildirən İlham Quliyev qeyd edib ki, sabiq qəzet rəhbəri fəaliyyətini eyni adlı qurumda davam etdirəcək: "Natiq Məmmədli jurnalistlik fəaliyyətini "Kaspi" qəzetində davam etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə