Tamerlan Vahabov: “Ermənilərin narahatlığı təbii haldır”

Tamerlan Vahabov: “Ermənilərin narahatlığı təbii haldır”

"Ermənistan tərəfi Azərbaycanın hərbi potensialının böyüdüyünü görür. Ona görə də bundan narahatçılıq hissi keçirir". Bunu SİA-ya siyasi ekspert Tamerlan Vahabov deyib.

Ekspert qeyd edib ki, Azərbaycan ordusunun potensialının erməni ordusundan çox olduğunun həm praktik, həm də statistik nümunələri göz qabağındadır: "Bizim effektiv hərbi təlimlərimiz bunun sübutudur. Bu gün Azərbaycan güclənir. Artan büdcəmiz və büdcədən ayrılan vəsaitlərin effektiv istifadəsi bizi daha da güclü edir".

T. Vahabov bildirib ki, Azərbaycan həm hərbi texnikanın alınmasına, həm kadr potensialının artırılmasına büdcədən xeyli vəsait yönəldir: "Azərbaycan ordusu həm hərbi texnika, həm də kadr potensialına görə Ermənistan ordusundan üstündür. Ona görə ermənilərin narahatlığı təbii haldır. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində konstruktiv mövqe tutmasa belə, Azərbaycan ordusunun onlara yaşada biləcəyi potensial fəsadları anlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə