Millət vəkili: “Siyasi qüvvələr bundan istifadə edir” AÇIQLAMA

Millət vəkili: “Siyasi qüvvələr bundan istifadə edir” AÇIQLAMA

"Hesab edirəm ki, burada məsələ Dağlıq Qarabağdakı vəziyyətin Ermənistanda hakimiyyətin durumuna təsir etməsi ilə birbaşa bağlıdır. Yəni verilən hər bir itki buradakı ictimai-siyasi vəziyyəti bir az da mürəkkəbləşdirir və xalqın qəzəbini artırır". Bunu SİA-ya millət vəkili Zahid Oruc İrəvan erməniləri ilə Dağlıq Qarabağdakı ermənilər arasında Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisindəki qarşıdurmaya münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, təbii ki, bundan da siyasi qüvvələr geniş şəkildə istifadə etməkdədir: "1990-ci ildə Qarabağ Azərbaycan dövlətçiliyini dağıdırdısa, indi ermənilərin dövlətini dağıdır. Heç şübhəsiz ki, kolonlararası münaqişə Ermənistanın mənafeyini, təhlükəsizliyini təhdid edir və onları Azərbaycan qarşısında zəif salır. Əslində məsələ ondan ibarətdir ki, onsuzda Ermənistan və Qarabağ xalqları arasında ziddiyyətlər həmişə olub. Beləcə bu, artıq siyasi mahiyyət kəsb etməyə başlayıb".

Z. Oruc bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan onu dərk edir ki, Qarabağa yönələn qüvvələrin niyyəti buradakı separatçılardan dəstək alıb, hakimiyyəti devirməkdir: "Bu mənada hesab edirəm ki, orada olan qarşıdurmanın dərinləşməsi ölkəmizin faydasınadır və onun qarşısını almaq da o qədər asan deyil. Hətta tamamilə fərqli siyasi platformalı qüvvə S. Sarkisyanı əvəzləsə də, bu daxili iqtisadi, siyasi böhranı aradan qaldırmaq mümkün olmayacaq. Ermənistanın problemləri birbaşa DQ-dakı işğal siyasəti ilə bağlıdır. Nə qədər ki, bu problem həll olunmayıb, məsələ belə də qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə