Andrey Belyaninovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda olub
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın məlumatına görə, Andrey Belyaninov Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə birlikdə ilk olaraq Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha sonra onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanına gəliblər, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB