Səxavət Əlisoy: “Biz ciddi şəkildə konfransa hazırlaşırıq” AÇIQLAMA

Səxavət Əlisoy: “Biz ciddi şəkildə konfransa hazırlaşırıq” AÇIQLAMA

"Hesab edirəm ki, "Milli Şura"nın mart ayında planlaşdırdığı növbəti aksiyaların nəyə hesablandığını onların özləri daha yaxşı bilər". Bunu SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy "Milli Şura"nın mart ayında keçirəcəyi aksiyaların anonsunu verməsinə münasibət bildirərkən deyib.

Keçmiş partiya funksioneri bildirib ki, Azərbaycan Demokratik və Rifah (ADR) hərəkatı olaraq hələlik heç bir siyasi partiya, qurumla əməkdaşlığa qərar verilməyib: "Yəni biz bu dəqiqə çox ciddi şəkildə konfransa hazırlaşırıq. Sadəcə onu demək istəyirəm ki, 300-500 və yaxud 2.000 min nəfərlik mitinqlərin erası ötüb keçib. Hər kəs hesablamalıdır ki, cəmiyyətə mesaj vermək istəyən adamlar ya 10-15 min nəfərlə mitinq təşkil edib bu mesajı verir, ya da oturub o mitinqi keçirmək üçün ciddi şəkildə hazırlaşır. Gülüş obyektinə çevrilməmək üçün düşünürəm ki, minimum 10 min nəfərlik mitinq gücü olandan sonra bunun keçirilməsi üçün müraciət edilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə