Asəf Məmmədov: “Naxçıvan sözün əsl mənasında uğurla inkişaf edir”
"Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli davaçısı Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin məntiqi nəticəsi olaraq Respublikamız sosial və iqtisadi inkişafın intibah dövrünü yaşayır". SİA-nın məlumatına görə, bu barədə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov DGK-nın yaranmasının 23-cü ildönümü ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədrinin sözlərinə görə, sahibkarlıq dövründə dövlət qayğısı reallaşdırılan beynəlxalq layihələr, qeyri-neft sektorunun inkişafı və ümumilikdə regionların imkanların genişlənməsi üçün həyata keçirilən işlər iqtisadiyyatımızda mühüm rola malikdir. Sosial-iqtisadi inkişaf Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması, sahibkarlığın inkişaf etdirilməsi, məşğulluğun artırılması və s. həyata keçirilən tədbirlərlə daha qabarıq sürətdə özünü göstərir. Naxçıvan MR-nın 90 illik yubuileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyevin dediyi kimi bu gün Naxçıvan sözün əsl mənasında inamla və uğurla inkişaf edir".
A.Məmmədov deyib ki, Naxçıvan MR-nın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq 2014-cü ildə gömrük orqanlarının fəaliyyətinin bütün sahələrində uğurlu yüksəliş müşahidə olunub: "Gömrük işinin keyfiyyətinin artırılmasına mühüm əhəmiyyətə malik infrastruktur islahatları bu dövürdə də davam etdirilib və maddi-texniki bazanın gücləndirilməsinə yüksək diqqət yetirilib. Bu sahədə ən əlamətdar hadisə 4 mərtəbəli inzibati bina və kinoloji xidmət binasından ibarət Naxçıvan hava nəqliyyatında gömrük idarəsi üçün yeni kompleksin açılışı olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB