Elçin Behbudov: “Ermənilər tarixən işlərini düzəltməkdən ötrü qızlarını irəli verənlər olublar”

Elçin Behbudov: “Ermənilər tarixən işlərini düzəltməkdən ötrü qızlarını irəli verənlər olublar”

"Ermənilərin "məhkəmə prosesi"nə və qondarma "Dağlıq Qarabağ Respublikasına" legitimlik donu geydirmək üçün azərbaycanlı girovlara separatçı rejimin başçısının adına əfv ərizəsi yazdırmaq istəmələri heç bir qanuna sığmır". Bunu SİA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.

E. Behbudov deyib ki, bu hərəkət qətiyyən düzgün deyil: "Ona görə ki, Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır. Erməni dılğırlarının heç vaxt torpağı olmayıb. Öz torpağına getdiyinə görə, onlar cinayətmi törədiblər? Məgər girovluqdan azad olunmaları üçün ərizəmi yazmalıdırlar? Bu, ermənilər tərəfindən həyata keçirilən şou və cəfəngiyyatdır. Bu hərəkət heç bir qanuna sığmır. Çünki, kəlbəcərlilər heç bir cinayət törətməyiblər".

E. Behbudov xatırladıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ermənilər bizim irsi düşmənlərimizdir: "Əgər Qarabağ xanlığını Pənahəli xan yaradıbsa, bu necə erməni torpağı ola bilər? Qarabağda olan cüzi miqdarda erməni tarixən bəylərimizin qapısında nökər, tövlə təmizləyən olublar. Həmçinin, öz işlərini düzəltməkdən ötrü qızlarını irəli verənlər olublar".

Bütün xəbərlər Facebook səhifəmizdə