Ermənistan mətbuatı Rusiya əleyhinə yazılar dərc edir

Ermənistan mətbuatı Rusiya əleyhinə yazılar dərc edir

Məlum Gümrü hadisəsindən sonra, Ermənistanın yazılı və elektron variantlı nəşrləri Rusiya əleyhinə yazılar dərc etməyə başlayıb. SİA xəbər verir ki, bu gün "armenia todey" saytı "The Wall Street Journal"a istinad edərək, amerikalı milyarder və maliyyəçi Corc Sorosun Rusiya haqqında irəli sürdüyü ittihamlı fikirləri yayıb. Belə ki, Davos iqtisadi forumunun bağlı qapılar arxasında verilən şam yeməyi zamanı amerikalı milyarder bəyan edib ki, Rusiya mafioz dövlətə çevrilib. "Bu dövlətin idarəçiləri hakimiyyəti əldə saxlamaq və varlanmaq üçün ölkənin bütün resurslarından istifadə edirlər"-deyə Soros bildirib.

Xatırladaq ki, Ermənistan ictimaiyyəti, bu ölkənin qeyri-hökumət təşkilatları, müxalifət partiyaları hakimiyyətlə yanaşı Rusiyanı ittiham edən çağırışlar etməkdədirlər. Eyni zamanda, sabah İrəvanın "Azadlıq" meydanında Rusiya və Ermənistan iqtidarı əleyhinə kütləvi mitinqlərə start verməyi nəzərdə tutublar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə