Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əsəd oğlu Aslanovun anadan olmasının 105 və Böyük Vətən Müharibəsində həlak olmasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, bununla əlaqədar olaraq bugün C.Naxçıvanski adına Hərbi Liseydə yubiley tədbiri keçirilib.
Tədbirdə Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, polkovnik Abdulla Qurbani, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov, millət vəkili, profesor Xanhüseyn Kazımlı və digərləri iştirak edib.
Liseyin zabit, müəllim və kursant heyəti "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında keçirilən tədbirdə H.Aslanovun döyüş yolundan bəhs edən videoçarxa tamaşa edilib, veteranların və qonaqların çıxışları dinlənilib. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında "Ürəklərdə yaşayan sərkərdə" adlı bədii kompozisiya təqdim olunub.
Qeyd edək ki, yanvarın 24-də Silahlı Qüvvələrin ən yaxşı tank heyəti üzvləri generalın dünyaya göz açdığı Lənkəran şəhərində olacaq, abidəsini və memorial-xatirə-ev muzeyini ziyarət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB