Baş nazir: "Müxalifəti silahlandırmağa hazırıq"

Baş nazir: "Müxalifəti silahlandırmağa hazırıq"

Türkiyənin baş naziri Əhməd Davudoğlu ingilis nəşrləri "İndependent" və "Times"ə müsahibə verib. SİA-nın məlumatına görə, bu barədə "Hurriyyet" yazır. Türkiyəli baş nazir müsahibəsi əsnasında bildirib ki, onun ölkəsinin Suriya ilə sərhədləri bağlaması mümkünsüzdür. Davudoğlu "İslam Dövləti" terror qruplaşmasının yaradılmasının və İraqdakı mövcud vəziyyətin əsas baiskarının ABŞ olduğunu deyib.

Davudoğlu hesab edir ki, əslində, Türkiyə sərhəddinin o biri tərəfində Suriya adlı dövlət yoxdur. Buna rəğmən, adıçəkilən qəzetlər yazıblar ki, Türkiyənin Suriya ilə sərhəd bölgəsinin 510 milinə (937 km) "Islam Dövləti" nəzarət edir.

Baş nazir isə eyni zamanda deyib ki, Türkiyə Suriyadakı müharibədə nə "İslam Dövləti"nin, nə də Əsəd rejiminin qalib gəlməsinin tərəfdarı deyil: "Biz Suriyada dünyəvi müxalifətin qalib gəlməsinin tərəfdarıyıq və lazım gələrsə, onların hərbi sahədə maarifləndirilərək, silahlandırılmalarına dəstək göstərə bilərik".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə