Qabil Hüseynli: “Ermənistan Avrasiya İttifaqına dırnaqarası yanaşır” AÇIQLAMA

Qabil Hüseynli: “Ermənistan Avrasiya İttifaqına dırnaqarası yanaşır” AÇIQLAMA

"Avrasiya İttifaqına qoşulmaq üçün Ermənistan üzərinə bir sıra öhdəliklər götürsə də, heç birinə əməl etməyib. Onlardan biri də Dağlıq Qarabağ ərazisinə səfər etdikləri zaman ermənilərin pasport rejiminə əməl etməli olduqları idi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, sözügedən ittifaq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın da bu ərazi bütövlüyünü tanıması üçün öhdəlik qoyub: "Təəssüflər olsun ki, Ermənistan yanvar ayının 2-si keçməsinə baxmayaraq, hələ də heç bir öhdəlik yerinə yetirməyib. Digər tərəfdən Ermənistan Dağlıq Qarabağa kifayət qədər elektrik enerjisi vermir. Çünki Dağlıq Qarbağda Sərsəng su anbarı var və onların elektrik enerjisinə o qədər ehtiyacları yoxdur. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan Avrasiya İttifaqına dırnaqarası yanaşır".

Qeyd edək ki, Ermənistan Avrasiya İttifaqına qoşulan zaman yanvarın 2-ə qədər Dağlıq Qarabağı enerji-qaz, su, işıq ilə təchiz etməyəcəyinə və həmin əraziləri boşaltmasına dair üzərinə öhdəlik götürmüşdü. Buna baxmayaraq, işğalçı dövlət hələ də bu öhdəliyə əməl etməyib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə