Mirhəsən Seyidov 2015-ci ilin strateji hədəfləri haqqında danışdı AÇIQLAMA
"2014-cü il bir çox uğurları ilə yadda qalan il olsa da 2015-ci ilin hədəfləri hər zamanki kimi Azərbaycan adına daha böyük uğurlar gətiriləcəyinə inanıram". SİA-nın məlumatına görə, bu barədə "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov 2015-ci ilin strateji hədəfləri haqqında danışarkən deyib.
Birlik sədrinin sözlərinə görə, bir neçə il bundan öncə cənab Prezident tərəfindən imzalanmış sırf gənclərin inkişafına yönəlik bir çox proqramlar mövcuddur bunların davamı, icrası hələ də davam edir: "Bu proqramların hədəflərində bu il daha böyük işlərin və layihələrin həyata keçiriləcəyinə əminik. Səmim ifadə edim ki, son qeyri iş günlərində biz komanda olaraq istirahət imkanlarımızı 2015-ci ilin strateji hədəflərinə yönəltdik və böyük bir strateji planla 2015-ci ildə təmsil olunacayıq.
"İrəli" İctimai Birliyi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin uğurlu nəticələrindəndir. Məhz bu səbəbdən ölkədə gənclər siyasətinin inkişafı istiqamətində, gənclərin innovasiya brendinin yaradılması, dayanıqlı inkişaf göstəricilərinin qaldırılması, region gənclərinin qərar qəbul etmə prosesində inkişafının təmin olunması, beynəlxalq əlaqələrin gücləndirilməsi və korporativ məsuliyyətin inkişafı istiqamətində aparılan bir çox işlərdə "İrəli" İctimai Birliyi öz planlarını hazırlamışdır".
M. Seyidov bildirib ki, bununla paralel ölkə səviyyəsində həyata keçirilən bir sıra beynəlxalq və dünya miqyaslı layihələrdə də "İrəli"nin rolu danılmazdır: "Bu il ölkə səviyyəsində keçiriləcək Bakı Avropa Oyunları qismində "İrəli"nin əməliyyat komitəsi ilə birgə hazırladığı bir neçə layihə vardır ki, bunların keçirilməsi, könülllü bazanın formalaşdırılmasında gənclərin cəlb olunması prosesi davam etdirilir. 2015-ci ildə üstünlük verdiyimiz sahələr daha çox Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıtdırılması, ölkə mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələrinin mütəmadi olaraq Azərbaycan haqqında yazıların işıqlandırılması bununla paralel olaraq daha çox vətənpərvərlik və beynəlxalq iştirakçılıq haqqında işlərin görülməsi planlaşdırılır.
Qeyd edim ki, "İRƏLİ" İctimai Birliyi 2014-cü ildə ireli.az saytını və "İRELİ"-nin yeni loqosunu da təqdim edib. Beynəlxalq istiqamətdə aparılan bütün araşdırmalarımız nəticəsində 2015-ci ildə daha çox beynəlxalq rəqabətə davamlı gəncin yetişdirilməsi nəzərdə tutulub. Artıq tərəfimizdən yeni ildə 250 nəfərə yaxın gənc tərəfindən 30-a yaxın QHT, KİV və Biznes strukturlarında ekoloji ofis standartlarının yaradılmasına dair BMT-nin inkişaf proqramı və Avropa İttifaqının dəstəyi ilə birgə başlanan bir layihəyə start vermişik.
Ölkə səviyyəsində narkomaniya ilə mübarizə istiqamətində artıq Təhsil Nazirliyi ilə birgə bir neçə layihəyə start verilmişdir. Regionlarımızda paytaxt rayonlarında bunun təbliğatının aparılması gənclərin sağlam ruhda böyüməsi üçün yardımçı olacaqdır".
Vurğulanıb ki, artıq yanvar ayının sonundan etibarən "Gənclər Radiosu" olan "İrəli Radio" öz fəaliyyətini tam yeni formatda yeni üslubda formalaşdıracaq: "İrəli Production" daha çox ölkə səviyyəsində sosial çarxların çəkilməsinə və gənclər üçün təcrübə proqramlarından yaranlanmalarına əsaslar yaradılmış imkanlar tanıyacaq gənclər üçün. "İrəli" 2015-ci ildə region gəncləri ilə birgə sıx əməkdaşlıqların qurulmasında maraqlıdır və bu istiqamətdə son 6 ayda gördüyümüz işlər nəticəsində müraciətlər dayanmadan artır və hər gün demək olar ki, onlarla gənc tərəfindən müraciətlər daxil olur. Məhz bu səbəbdən artıq tərəfimizdən formalaşdırılmış regional mərkəz üçün yerli nümayəndəliklərin təsis olunması və ətraf rayonların bu prosesə qoşulmasına stimul yaradılacaq addımlar atılacaq.
Qeyd olunanlar təbii ki, bizim həyata keçirməyi planladığımız planların bir hissə idi. Azərbaycan adına uğurlu ola biləcək istənilən yerdə daim "İrəli"də olmaq ümidi ilə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB