"Azərbaycanda müxalifətin inteqrasiyasına mane olan siyasilərdən biri elə Rəsul Quliyevin özü olub". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyevin AXCP və Müsavat partiyalarının rəhbərliklərinin dəyişdirilməsi zərurəti ilə bağlı önə sürdüyü fikirlərə münasibət bildirərkən deyib.
Ə. Orucov deyib: "O, müxalifətin birliyinin pozulmasında aparıcı simalardan bir idi. Ona görə də o, kimlərisə ittiham etməmişdən qabaq öz fəaliyyətini araşdırıb, dəyər verməlidir. İndi də oturub Amerikada fala baxmaqla məşğuldur. Bu müxalifətçilik deyil. Rəsul Quliyev gəlsin Azərbaycana, müxalifətin birliyini yaratsın görək, necə yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB