Mais Səfərli: “Müxalifət partiyaları hər ötən il öz elektrotatını itirir”

Mais Səfərli: “Müxalifət partiyaları hər ötən il öz elektrotatını itirir”

"Son illərdə baş verən prosesləri analiz edəndə belə qənaətə gəlmək olar ki, müxalifət partiyaları ilbəil cəmiyyətdə olan nüfuzlarını itirirlər".
Bu sözləri SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli bildirib.

Onun sözlərinə görə, hazırki dövrdə müxalifət partiyalarının zəifliyini seçkilərdəki nəticələrə baxdıqda aydın şəkildə görmək olar: "Azərbaycan azad, ədalətli, demokratik seçki ənənəsinə malikdir. Bu ənənənin təməlini Ulu Öndər Heydər Əliyev qoyub və bü gün də Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il keçirilən bələdiyyə seçkiləri də bir daha sübut etdi ki, müxalifət partiyaları hər ötən il öz güclərini itirir və onlar artıq demək olar ki, cəmiyyətdə heç bir elektrotata malik deyillər. Bütün bu uğursuzluqlar da məhz həmin partiyaların daxilində baş verən olaylardan qaynaqlanır. Bu partiyalar heç bir islahatlar, yenidənqurma işləri həyata keçirə bilmir, ümumiyyətlə öz işlərini günün tələbləri səviyyəsində qura bilmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə