Millət vəkilləri əfv fərmanından danışdılar

Musa Quliyev: “Əfv fərmanı ölkə başçısı cənab İlham Əliyevin humanist addımlarının isbatıdır”.
Millət vəkilləri əfv fərmanından danışdılar

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib. Onun sözlərinə görə, bu əfv fərmanı ilə ölkəmizdə iğtişaşlar yaratmaq istəyən və müəyyən cinayət əməli törədərək həbs olunan şəxslərin layiqli vətəndaş olmalarına növbəti dəfə şans verilib: "Bu hadisə həm də, əfv olunmuş şəxslərin ailə üzvlərinə ölkə başçısı Cənab İlham Əliyevin göstərdiyi qayğının nəticəsidir. Həbsdə olan insanın təkcə özü deyil, həm də ailə üzvləri əziyyət çəkir.

Ümummili Lider Heydər Əliyevin başlatdığı əfv və amnistiya siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Hər il bu fərman ilə bir çox insan azadlığa qovuşur və bir çox ailələrin evlərində ikiqat bayram sevinci yaşanır. Mən də öz adımdan əfv olunan insanları və onların ailə üzvlərini təbrik edirəm".

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa SİA-ya açıqlamasında bildirib ki, Cənab İlham Əliyevin imzaladığı əfv fərmanı çox sevindirici haldır: "Bu fərmanın imzalanması, ümumiyyətlə, müəyyən mübahisələrın yaranmasına zəmin yaradan şəxslərin azad olunması təqdirə layiq haldır. Əfv fərmanının imzalanması böyük humanist aksiyadır. Bu aksiyanı da hər bir ölkə vətəndaşı kimi mən də dəstəkləyirəm. Azadlığa çıxan hər bir kəsi də bu münasibətlə təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə