Politoloq: “Dünya birliyi ölkəmizin ərazi bütövlüyü məsələsinə laqeyd yanaşır" AÇIQLAMA
"Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartlardan çıxış etməsi artıq ənənəvi hal alıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına səbəb olan bir neçə faktor mövcuddur: "Bunlardan biri Ermənistanın havadarları tərəfindən onun işğalçılıq siyasətinin dəstəklənməsidir. Əgər onlar ədalətli mövqe tutmuş olsalar Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməyə məcbur olar. Bu zaman Azərbaycanın ərazi bütövlüyü təmin olunar. Lakin münaqişənin həllində dünya birliyi qeyri-obyektiv və ədalətsiz mövqe nümayiş etdirir. Burada erməni lobbisinin, həmçinin xristian təəssübkeşliyinin rolu da əvəzedilməzdir. Çox təəssüf ki, Avropa ölkələri, ABŞ münaqişənin həllini prioritet kimi qəbul etmirlər. Baxmayaraq ki, Azərbaycan regionda həmin iri dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rola malikdir. Dünya Birliyi ölkəmizin ərazi bütövlüyü məsələsinə laqeyd yanaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB