Qabil Hüseynli: “Demokratik mühiti ABŞ özü pozur” AÇIQLAMA

Qabil Hüseynli: “Demokratik mühiti ABŞ özü pozur” AÇIQLAMA

"ABŞ Ermənistana, Dağlıq Qarabağa sanksiyalar tədbiq etməli olduğu halda illərdir susur. Bu da onların nəqə dər ikiüzlü olduğunun göstəricisidir". Sözügedən fikirləri SİA-ya politoloq Qabil Hüseynli ABŞ-ın Krıma sanksiya tədbiq etməsinə, eləcə də Qarabağa maliyyə yardımı göstərməsinə münasibətini bildirərkən deyib. Politoloq Krım olayları ilə Qarabağ olaylarını bir-birinə bənzədiyini deyib: "Krım hadisələri ilə Dağlıq Qarabağ hadisələrini mahiyyətcə oxşar hesab edirəm. Bu baxımdan da ABŞ-ın ədalətsiz mövqeyi ortadadır. Dünyaya demokratiya dərsi keçən ABŞ demokratik mühiti elə özü pozur".

Qabil Hüseynli həmçinin bildirib ki, artıq Amerika ikili standartlardan əl çəkməyi öyrənməlidir: "Hadisələrə obyektiv yanaşmağı, ikili standartlardan əl çəkməyi zənnimcə, ABŞ öyrənməlidir. Əks halda Azərbaycanla ABŞ arasında əməkdaşlıq uzun çəkməyəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə