Məzahir Pənahov: “Bələdiyyə seçkilərini baş tutmuş hesab etmək olar”
"23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərini baş tutmuş hesab etmək olar". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkiləri zamanı bütün məntəqələr vaxtında açılıb və Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçki keçirilib: "Müşahidəçilər bütün məntəqələrdə səsvermənin gedişi və səslərin sayılma prosesini izləyiblər. Seçkilərin nəticələrinə xələl gətirə biləcək müraciət daxil olmayıb. ELS Müstəqil Apaşdırmalar Mərkəzinin keçirdiyi exit-pollun seçki fəallığı ilə bağlı açıqladığı göstərici (38,3 faiz) MSK-nın seçki fəallığı ilə bağlı açıqladığı göstəricidən ciddi fərqlənməyib".
M.Pənahov deyib ki, indiyə qədər 105 seçki dairəsi üzrə 3509 seçki məntəqəsinin məlumatları MSK-ya daxil olub. "Bu da məntəqələrin 70 faizə qədərini təşkil edib: "Hazırda 3509 protokol komissiyaya daxil olub və 1 304 937 seçki bülleteni sayılıb. 1024 bələdiyyə artıq formalaşıb və 11926 lider namizədlər müəyyən edilib",
MSK sədri qeyd edib ki, dekabrın 24-də günün birinci yarısında bütün bələdiyyələr üzrə lider namizədlər müəyyən ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB