Ermənistan yenə xülyalara dalıb

Ermənistan Milli Olimpiya Komitəsi Azərbaycanın ev sahibliyi edəcəyi Bakı-2015 Avropa Oyunlarına qatılmaqda heç bir problem görmədiklərini açıqlayıb.

SİA-nın erməni saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Olimpiya Komitəsinin katibi Hrachya Rostomyan bu gün keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ermənistan tezliklə qərarını açıqlayacaq: "Biz Avropa oyunlarda iştirakımız üçün irəli sürdüyümüz bütün məsələlər həll olunur. Lakin biz hələ yekun qərar qəbul etməmişik. Qərarımızı fevral ayında açıqlayacağıq. Hər halda, mən iştirak etməmək üçün hansısa bir problem görmürəm".

Komitə katibi Bakı-2015 Avropa Oyunlarına qatılmağın Ermənistan üçün böyük şərəf olduğunu vurğulayıb: "Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etmək bizim üçün böyük şərəf və borcudur. Orada iştirak edib, qalib gəlib və Ermənistan bayrağını qaldırmaq bizim üçün daha yaxşı bir nəticə olacaq. Bu, bizim üçün şərəf məsələsidir".

"Bizim oğlanlar orada heç bir psixoloji təzyiqə məruz qalmayacaq. İdmançılarımız Ermənistanı şərəflə təmsil edib bayrağımızı ucalara qaldıra bilərlər"- Rostomyan xüsusilə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə