Zahid Oruc: “İlham Əliyev qəti mövqeyini ortaya qoyan yenilməz siyasətçidir” SİYASİ BAXIŞ

Zahid Oruc: “İlham Əliyev qəti mövqeyini ortaya qoyan yenilməz siyasətçidir” SİYASİ BAXIŞ

"İlham Əliyev faktoru 21-ci əsrin böyük şəxsiyyətləri sırasında çox şərəfli və ən ali yeri tutan şəxsiyyətlərdən biridir və heç şübhəsiz ki, Onun 2003-ci ildən sonra siyasi Olimpə yüksədliyinin şahidi olan hər kəs dediklərimizə əmindir". Bu fikirləri SİA-ya Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc Prezident İlham Əliyevin əldə etdiyi uğurları və nailiyyətləri barədə bəhs edərkən deyib.

Zahid Orucun fikrincə, əslində Ulu Öndər Heydər Əliyevdən sonra kimin bu dövlətə rəhbər olması məsələsində nə qədər fərqli şəxslərin adları çəkilsəydi də belə, bir amili etiraf etmək gərək idi ki, xalq Onun davamçısı kimi məhz İlham Əliyevi görürdü: "Lakin qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev Ulu Öndər irsinə söykənərək, sadəcə keçmiş uğurlarn üzərində dayanıb qalmadı. O, bu uğurları inkişaf etdirmək üçün çox böyük işlərə başladı. Əgər Azərbaycan dövlət rəhbərinin gerçəkləşdirdiyi siyasəti xarakterizə etməli olsaq, bir neçə parametri mütləq qiymətləndirmiş olarıq. Birinci növbədə, İlham Əliyev idarə edən şəxsiyyətlərin kateqoriyasında olan danılmaz faktordur. Bu dövr ərzində beynəlxalq münasibətlər sistemi kifayət qədər mürəkkəb olubdur. Əslinə baxsaq görərik ki, soyuq müharibədən sonrakı beynəlxalq münasibətlər dünyada kəskinləşib. Bu kontekstdə özünün maraqlarını qoruyub-saxlamaq heç də asan məsələ deyil. Cənab Prezident məhz Azərbaycanın müstəqillik meydanını dəyişilməz şəkildə saxlamaqda davam edir. Bu, ən önəmli məsələlərdən biridir. Və müstəqilliyin formal deyil, real məzmun daşıması da buradan doğur.

İkincisi, Azərbaycan dövlətinin rəhbəri əsas həyati maraqlarımızı hansı beynəlxalq qüvvələrlə qurmaq yönündə dəqiq və nəticəli addımlar atıbdır.

On illik dövrə qiymət vermədən, sonuncu bir nümunəni də söyləmək istəyirəm. Bilirsiniz ki, NABUCCO üzərindən Qərb dövlətləri enerji asılılığından azad olmaq, mənbələrdən divertivikasiyanı əldə eləmək üçün Türkmənistanın 30-35 milyard kubametr qazı da daxil Azərbaycandan keçən və bizim də "Şahdəniz-2"-dən əldə olunmuş resursları bura qataraq, Avropaya 50-55 milyard kubametrlik bir layihənin üzərində qərarlaşmışdılar. Əgər bu gerçəkləşsəydi avtomatik olaraq, Azərbaycan həmmüəlliflərdən biri kimi Rusiya əleyhinə savaşın iqtisadi cəbhənin üzvünə çevrilirdi və istər-istəməz şimal qonşumuzla çox ciddi qarşıdurmalara getmiş olurduq. Dövlətimizin başçısı bunu öncədən görərək, dünyaya Türkiyə və Azərbaycanın mükəmməl layihəsi ilə çıxdı və Cənub Qaz Dəhlizi faktoru reallaşdırıldı. Bununla da Rusiya ilə yarana biləcək iqtisadi narazılıq amili aradan qaldırıldı və Azərbaycan yeni bir layihə ilə dünyaya öz təqdimatını etdi. Yəni bunu demək istəyirəm ki, tarixi şəxsiyyətlərin gücü onun strateji planlaşdırma işini düzgün qurmq qabiliyyətindədir".

Millət vəkili ölkədə yürüdülən daxili siyasət barədə də fikirlərini bildirib: "Bu gün daxili siyasətimizdə də bu kimi uğurlar mövcuddur. Azərbaycanda siyasətin hər bir sahəsi ilə bağlı mühüm sənədlər qəbul olunur. Belə ki, Azərbaycan rəhbəri cənab İlham Əliyev ölkəni kabinetlərdən deyil, birbaşa bölgələrdən, sadə xalqın yanından, insanlarla, vətəndaşlarla birbaşa təmaslardan öz ölkəsini idarə etmiş olur. Yəni heç bir siyasi rəhbərin partiya başçısının, ictimai şəxsiyyətin bu dərəcədə Azərbaycan bölgələrinə, onun bütün regionlarına, kənd və qəsəbələrinə, hətta məhəllələrinə bələd ola biləcək dərəcədə potensialı yoxdur. Çünki İlham Əliyev öz ölkəsini kifayət qədər yaxşı tanıyır. O, Azərbaycanın bütün imkanlarına, coğrafiyasına, təbii resurslarına yaxşı bələddir".

Milli Məclisin komitə üzvü daha bir məqama toxunaraq, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsindəki qətiyyətli mövqeyi barədə fikirlərini bildirib: "Azərbaycan dövlət başçısı Dağlıq Qarabağ məsələsində yenilməzdir. Çünki o bu məsələdə güzəştsizdir. İlham Əliyev bütün danışıqlarda öz qəti mövqeyini ortaya qoyan bir yenilməz siyasətçidir. Belə ki, geridə qoymağa hazırlaşdığımız 2014-cü ildə də ermənilər Dağlıq Qarabağ məsələsində heç bir irəliləyişə nail ola bilmədilər. Onlar həm hərbi, həm də siyasi cəhətdən xeyli itgilərə məruz qaldılar. Bütün bunlar məhz İlham Əliyevin sayəsində mümkün oldu. Ona görə də biz əlbəttə, cənab Prezidentin tutduğu mövqeni tam olaraq dəstəkləməkdəyik və dəstəkləyəcəyik də.

Eyni zamanda, İlham Əliyev faktoru həm də Türk Dünyası üçün sayılıb-seçilən Liderlərdən biridir. Hətta mən hər zaman belə düşünürəm ki, İlham Əliyev sanki 50-51 yaşındakı Heydər Əliyevdir. Yəni iş imkanlarına, siyasi hadisələri düzgün və dərhal dəyərləndirmək qabiliyyətinə, müstəqil iradəsinə, qətiyyətiə görə, O, Heydər Əliyev siyasətinin ən layiqli və əvəzolunmaz davamçısıdır. Məh bu mənada, bizlər Ulu Öndərimizin ruhunu bir daha anmalıyıq ki, O, özünün seçimini doğru etdi və mənə elə gərlir ki, İlham Əliyev Heydər Əliyevin övladı olmaqla yanaşı, həm də siyasi övladıdır. Arzu edirəm ki, İlham Əliyev bundan sonra da bütün gücünü xalqımızın mənafeyi naminə bundan sonra da reallaşdırsın. Çünki həqiqətən də bu gün Azərbaycan həm region , həm də dünya dövlətlərindən fərqli olaraq, daha müstəqildir, daha təhlikəsizdir, daha sabitdir. Azərbaycan bu gün dünyada mühüm proseslərin qovuşuğundadır və bununla da öz mənafelərini qoruyub-saxlayır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə