Asim Mollazadə: "Uğurlarımız dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir" AÇIQLAMA

Asim Mollazadə: "Uğurlarımız dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir" AÇIQLAMA

"Bu gün Azərbaycan strateji nöqteyi nəzərdən uğurla idarə olunur". Sözügedən fikriləri SİA-ya Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə SİA-ya açıqlamasında deyib.

Qazanılan uğurları inkişafın təzahürü kimi qiymətləndirən Asim Mollazadə həmçinin qeyd edib ki, bu inkişaf davam etdirilir: "Əbəttə ki, bu da inkişafın təzahürüdür. Həm iqtisadi, həm sosial, həm siyasi, həm də digər sahələrdə tərəqqi davam edir. Digər tərəfdən, dünyada qlobal iqtisadi problemlərin, hadisələrin baş verdiyi bir zamanda Azərbaycan öz inkişaf yolunu aparır. Söz yox ki, bütün bunlar, yəni əldə edilən uğurlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bu uğurların davamında cənab Prezidentə yeni-yeni nailiyyətlər və müvəffəqiyyətlər arzu edirəm".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə