Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. SİA-nın məlumatına görə, səsvermə prosesi başlamazdan əvvəl baş tutan mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, builki bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək: "Seçkilərdə 15035 bələdiyyə üzvü yeri uğrunda 37077 namizəd mübarizə aparır. Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir. Seçkiləri 50 mindən artıq müşahidəçi izləyəcək".
MSK sədri əlavə edib ki, seçkilərdə şəffaflığı təmin etmək üçün seçki məntəqələrində 20 faizində veb-kameralar quraşdırılıb.
Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və bələdiyyə seçkiləri açıq elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB