"Sabah bələdiyyə seçkiləri 5015 məntəqədə keçiriləcək".SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib. O deyib ki, bu məntəqələrin 128-i müvəqqəti yaradılmış məntəqələrdədir"
37 077 nəfərin bələdiyyə üzvlüyünə namizəd olduğunu deyən MSK sədri vurğulayıb ki, seçkilərdə 8 siyasi partiya – Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası ( VHP), Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP), Böyük Quruluş Partiyası (BQP) və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edəcəklər.
MSK sədri qeyd edib ki, partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə iştirak edirlər.
mətbuat Konfransı zamanı MSK sədri seçki zamanı polislərin də fəaliyyətinə toxunub: "Əgər 2000-ci illərə qədər beynəlxalq təşkilatların hesabatlarında polisin seçki dövründə yersiz hərəkətlərini qeyd edirdilərsə, 2000-ci illərindən əvvəlindən sonra belə iradlara rast gəlinmir. Buna səbəb Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının birgə keçirdiyi tədbirlərdir. Bu il də dəfərlərlə belə tədbirlər keçirilib. Düşünürəm ki, bu seçkilərdə də polislərlə bağlı hər hansı irad və problem olmayacaq".
Qeyd edək ki, 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək. Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günü olacaq.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB