Sabah Bakıda Rusiya Federal Məclisi Federasiya Şurası və Azərbaycan Milli Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 12-ci iclası keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Rusiyadakı səfirliyindən bildirilib.
Rusiyalı deputatlardan ibarət nümayəndə heyətinə Federasiya Şurası sədrinin müavini, komissiyanın həmsədri İlyas Umuxanov rəhbərlik edəcək.
Azərbaycan tərəfdən komissiyanın həmsədri parlamentin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya üzrə daimi komitənin sədri Valeh Ələsgərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB