YAP Qusar rayon təşkilatı təbliğat kampaniyasını davam etdirir

YAP Qusar rayon təşkilatı təbliğat kampaniyasını davam etdirir

19 dekabr tarixində YAP-nın səlahiyyətli nümayəndələrinin seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Siyasi şuranın üzvü, rayon təşkilatın sədri David İbramxəlilov qeyd edib ki, 51 saylı Qusar seçki Dairəsi üzrə 217 nəfər, 53 saylı Quba-Qusar seçki Dairəsi üzrə 36 nəfər olmaqla cəmi 263 nəfər partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb.

Rayon üzrə 51732 nəfər seçici siyahılarına daxil edilib. Tədbirdə YAP-nın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları İlham Əliyev, Azər Badamov, Yevda Abramov çıxış etmiş, seçkiləri partiyanın namizədlərinə səs verməyə səsləyib.

Çıxış edənlər seçkiləri maraqlandıran sulları cabalandırıb.

Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edib.

Seçicilər adından çıxış edən Zahir Mustafayev partiyanın namizədlərinə səs verəcəyini və YAP-ın seçkilərdə qələbə gələcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə