Təhmasib Novruzov: “İstintaqa ifadə verən şəxslər müəyyən qüvvələr tərəfindən şantaj olunur”

Təhmasib Novruzov: “İstintaqa ifadə verən şəxslər müəyyən qüvvələr tərəfindən şantaj olunur”

"Ümumiyyətlə dəfələrlə bunun şahidi olmuşuq ki, haqlı olaraq həbs olunan şəxslərə onların tərəfdarları və antiazərbaycan qüvvələr tərəfindən dəstək verilir". Bu sözləri SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov Xədicə İsmayılın həbsi ətrafında müəyyən ajiotajlar yaratmağa cəhd edən dairələrin hərəkətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür qüvvələr şantaj məqsədilə müxtəlif yollara əl atırlar: "Xədicə İsmayılın məhkəmə prosesinin gedişi zamanı da bu cür hadisələrin şahidi oluruq. İstintaqa ifadə verən şəxslər müəyyən qüvvələr tərəfindən şantaj olunur, onlar haqqında ittihamlar səsləndirirlər. Mənim fikrimcə nə hüquq mühafizə orqanları, nə də hakimiyyət strukturları bu cür məsələlərə əhəmiyyət verməməlidirlər və obyektiv şəkildə, qanunla müəyyən olunmuş çərçivədə törədilmiş hər bir əməl haqqında tədbirlər görülməlidir".

Eltun

Bütün xəbərlər Facebook səhifəmizdə