Ulu Öndərin xatirəsi məscidlərdə də yad edildi

Ulu Öndərin xatirəsi məscidlərdə də yad edildi

12 dekabr tarixində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevi anım günündə Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olan məscidlərin hamısında Ümummilli Liderin xatirəsi yad edilib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) SİA-ya verilən xəbərə görə, mərhumun ruhuna Allahdan rəhmət dilənib, dualar edilib.

Cümə namazı zamanı moizələrdə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının xilaskarı olaraq misilsiz fəaliyyəti, habelə milli-mənəvi və dini dəyərlərinə ehtiram və qayğısı xüsusi vurğulanıb. Dindarlar bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və dövlət başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualar ediblər.

Ulu Öndərin əziz xatirəsinə bütün məscidlərdə ehsan mərasimləri keçirilib. Eyni zamanda, QMİ-nin Gürcüstan, Türkiyə, Rusiya və İrandakı nümayəndəliklərində də Ulu Öndərin anma mərasimləri keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə