Hüseyn Əlixanov: “Məhkumların işlə təmin olunması problem olaraq qalır” MÜNASİBƏT

Hüseyn Əlixanov: “Məhkumların işlə təmin olunması problem olaraq qalır” MÜNASİBƏT

"Ümumiyyətlə məhkumların işlə təmin olunması məsələsi hələ problem olaraq qalır". Bunu SİA-ya Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.

Ədliyyə general-mayorunun sözlərinə görə, məhkumların işə cəlb olunması üçün bizə mütləq şəkildə sifarişçilər lazımdır: "Yəni, bizim məhkumların istehsal etdiyi malları kimsə almalı və sifariş etməlidir. Lakin belə bir sifarişlər olmadığına görə və tələbat az olduğu üçün bu sahədə bir qədər geriləmə var. Buna baxmayaraq, hər il faydalı işlə məşğul olan məhkumların sayı artır. Artıq 20 faizə yaxın məhkumlar işlə təmin olunur. Xüsusilə fərdi əməklə məşğul olan məhkumlar var ki, onlar fərdi qaydada müəyyən istehsalla, işlə məşğul olurlar. Bunun üçün də onlara hər bir şərait yaradılır. Bu, həm onların vurduqları ziyanın ödənməsinə xidmət edir, həm də özlərinin yaşaması üçün qanunla nəzərdə tutulan qaydada müəyyən məbləği istifadə edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə